Polşa miqrasiya paktından azad olmaq üçün Avropa Komissiyasına rəsmi müraciət edib

Digər ölkələr
  • 12 noyabr, 2025
  • 23:23
Polşa miqrasiya paktından azad olmaq üçün Avropa Komissiyasına rəsmi müraciət edib

Polşa administrasiyası və Daxili İşlər Nazirliyi miqrasiya paktı çərçivəsində həmrəylik mexanizmindən tam azad olmaq üçün Avropa Komissiyasına müraciət edib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Biz aylarla hər hansı köçürmə mexanizminə razı olmadığımızı bəyan etmişik. Polşa Avropa İttifaqının sərhədlərinin qorunmasına böyük xərclər çəkir, Belarus tərəfindən miqrasiya təzyiqi ilə üzləşir... Belə bir müraciətin təqdim olunması bir illik deyil, uzun illər üçün qorunma deməkdir", – Polşanın daxili işlər naziri Marçin Kervinski müraciəti şərh edib.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, ölkə Avropa İttifaqının miqrasiya paktını yerinə yetirməkdən qəti şəkildə imtina edir. Miqrasiya paktının həyata keçirilməsinə prezident Karol Navrotski və xarici işlər naziri Marçin Kervinski də qarşı çıxıb.

Bundan əvvəl Polşa-Belarus sərhədində əcnəbilərin beynəlxalq müdafiə üçün müraciətlərinin qəbulunun dayandırıldığı barədə xəbər yayılıb. Polşa hökumətinin bu barədə qərarı 27 mart 2025-ci ildə qüvvəyə minib və sonradan Seym tərəfindən uzadılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti