Polşa 4,9 milyard dollara yeni raketlər alacaq
Digər ölkələr
- 08 noyabr, 2023
- 04:52
Avropalı raket istehsalçısı MBDA-nın Britaniya qolu Polşanın dövlət müdafiə konserni PGZ ilə yeni CAMM-ER idarəolunan zenit raketlərinin tədarükü üçün 4 milyard funt sterlinqlik (4,9 milyard dollar) müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu, Böyük Britaniya və Polşa arasında indiyə qədər bağlanmış ən böyük kommersiya müqaviləsidir.
CAMM-ER (Common Anti-Air Modular Missile - Extended Range - Qeyd) “yer-hava” tipli raketdir.
Raket təyyarələr, helikopterlər, Pilotsuz Uçuş Aparatları (PUA) və qanadlı raketlər də daxil olmaqla, müxtəlif təhlükələrə qarşı Hava Hücumundan Müdafiə sistemləri üçün nəzərdə tutulub.
Son xəbərlər
04:06
ABŞ İrana qarşı üçüncü hücum dalğasına başlayıb
Digər ölkələr04:02
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Norveç ilə matçın ən yaxşısı seçilib
Futbol03:47
DÇ-2026: İngiltərə Norveçə qalib gələrək yarımfinala yüksəlib - YENİLƏNİB-8
Futbol03:31
İran Hörmüz boğazının bağlandığını elan edib
Region03:09
Ağ Evin Jurnalistlər Assosiasiyası NYT əməkdaşlarının məhkəməyə çağırılmasını tənqid edib
Digər ölkələr02:38
Norveç azarkeşləri İngiltərə ilə oyundan əvvəl Bukinhem Sarayı qarşısında aksiya keçiriblər
Futbol02:12
Foto
Belqradda Srebrenitsa soyqırımının qurbanları anılıb
Digər ölkələr01:48
Aİ Çindən asılılığı azaltmaq istəyən şirkətlər üçün dəstək mexanizmi hazırlayır
Digər ölkələr01:14