“Pfizer” bu il 15 milyard dollarlıq peyvənd satmağı planlaşdırır
Digər ölkələr
- 03 fevral, 2021
- 08:29
Almaniyanın “BioNTech” şirkəti ilə ortaq şəkildə yeni növ koronavirusa qarşı peyvənd hazırlayan “Pfizer” şirkəti 2021-ci ildə bu preparatın satışından 15 milyard ABŞ dolları qazanacağına ümid edir.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Ümumilikdə isə “Pfizer” cari ildə 59,4 - 61,4 milyard ABŞ dolları mənfəət əldə edəcəyini gözləyir.
Qeyd edək ki, “Pfizer-BioNTech” peyvəndi 2020-ci ilin dekabr ayında istifadəsinə rəsmi icazə verilmiş ilk aşılardandır. Hələ o zaman analitiklər şirkətin vaksin satışından milyardlarla dollar mənfəət əldə edəcəyini proqnozlaşdırırdı.
Keçən ilin dördüncü rübündə peyvənd satışından əldə olunan gəlirlərin 462 milyon ABŞ dolları olacağı gözlənilsə də, realda bu rəqəm 154 milyon ABŞ dolları olub.
Son xəbərlər
02:43
Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
Digər ölkələr02:38
Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"
Futbol02:27
Məhəmməd Vəhbi: "Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi"
Futbol02:17
Kilan Mbappe Fransa - Mərakeş matçının ən yaxşı futbolçusu olub
Futbol02:00
Foto
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5
Futbol01:54
İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb
Region01:27
ABŞ təyyarələri Fars və Oman körfəzinin üzərində uçuş həyata keçirir
Digər ölkələr00:58
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
Region00:32