Peter Madyar Macarıstanda Baş nazir üçün iki müddət məhdudiyyəti təklif edib

Digər ölkələr
  • 13 aprel, 2026
  • 17:22
Peter Madyar Macarıstanda Baş nazir üçün iki müddət məhdudiyyəti təklif edib

Macarıstandakı seçkilərdə qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar hökumət başçısı vəzifəsində qalmaq üçün iki müddətlik məhdudiyyət müəyyən etməyi təklif edib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Budapeştdə keçirdiyi mətbuat konfransında bildirib və ölkə Konstitusiyasına müvafiq dəyişikliklərin ediləcəyini vurğulayıb.

"Biz iki müddət məhdudiyyəti tətbiq edəcəyik (baş nazir üçün), bu da Macarıstanda baş nazir postunda 8 il demək olacaq", – o deyib.

Bundan əlavə, Madyar Macarıstanı Avropa Prokurorluğuna qoşmaq niyyətində olduğunu bəyan edib ki, onun sözlərinə görə, bu, Aİ-nin maliyyələşdirməsinin blokdan çıxarılması üçün zəruridir. Söhbət onun ölkənin iqtisadi artımı üçün vacib olduğunu qeyd etdiyi təqribən 20 milyard avrodan gedir.