Peskov: Putinin ABŞ-nin Ukrayna planını rədd etdiyini iddia etmək düzgün deyil
- 03 dekabr, 2025
- 15:02
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin dünən Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı ABŞ-nin planını rədd etməsi fikrinin yanlış olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Xeyr, bu ifadə düzgün deyil. Məsələ ondadır ki, bu cür birbaşa fikir mübadiləsi dünən ilk dəfə baş tutub və deyildiyi kimi, bəzi məqamlar qəbul edilib, bəzi məqamlar qəbuledilməz hesab edilib və bu, kompromis tapmaq üçün normal iş prosesidir", - D.Peskov jurnalistlərin "dünənki görüşdə (ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və investor və iş adamı Cared Kuşnerlə - red.) Putin ABŞ planını rədd etdi" ifadəsinin düzgün olub-olmaması barədə sualına cavabında bildirib.
Qeyd edək ki, Putinin Moskvada Uitkoff və Kuşnerlə danışıqları dekabrın 2-də keçirilib və təxminən beş saat davam edib.