Peruda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var
Digər ölkələr
- 17 aprel, 2021
- 23:04
Peruda hərbi helikopter qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığından bildirilib.
Məlumata görə, hadisə ölkənin cənub-şərqində baş verib. Qəza nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər xəsarət alıb.
"Bu gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı helikopter 12 ekipaj üzvü ilə Kusko regionunda qəzaya uğrayıb. Hadisə zamanı beş nəfər həlak olub, daha beş nəfər yaralanıb”, - ordunun tvitterdəki açıqlamasında deyilir.
Qeyd edilir ki, qəza zamanı daha iki hərbçi itkin düşüb.
Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.
Son xəbərlər
14:19
"Ferrum Kapital" 5 milyon manatlıq istiqraz buraxır
Maliyyə14:16
Azərbaycanda quş qripinə qarşı növbəti monitorinqlər keçiriləcək
Sağlamlıq14:15
İsrail Livanda "Hizbullah" üzvünü öldürüb
Digər ölkələr14:13
Stiven Bay: "Azərbaycan internet performansına görə regionda ən yaxşı göstəricilər sırasındadır"
İKT14:11
Azərbaycanın ümumittifaq dərəcəli voleybol hakimi vəfat edib
Komanda13:59
Ötən il Tunis Azərbaycandan neft alışını 3 %-dən çox azaldıb
Energetika13:59
Samir Abasov: "Sabah"ın Premyer Liqada liderliyi nə bəxt amilidir, nə də təsadüf"
Futbol13:46
Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Futbol13:33