Pentaqon rəhbəri nüvə sınaqlarının davam etdiriləcəyini açıqlayıb
Digər ölkələr
- 07 dekabr, 2025
- 02:37
ABŞ öz nüvə triadasını modernləşdirəcək və digər ölkələrlə bərabər şəkildə nüvə sınaqları keçirəcək.
"Report"un məlumatına görə, bunu Pentaqon rəhbəri Pit Heqset Kaliforniya ştatında Ronald Reyqan adına Prezident Fondu tərəfindən təşkil olunan forumda çıxışı zamanı bəyan edib.
"O zaman prezident Trampın da dediyi kimi, biz nüvə triadamızı modernləşdiririk. Biz nüvə silahı və nüvə başlıqlarının çatdırılma sistemlərinin sınaqlarını digər ölkələrlə bərabər aparacağıq", – deyə o bildirib.
Heqset vurğulayıb ki, ABŞ Çinlə hərbi qarşıdurma istəmir.
"Tramp dövründə Müdafiə Nazirliyi sağlam düşüncədən çıxış edir. Bu yanaşma Çini qarşıdurma ilə deyil, güc vasitəsilə cilovlamağa əsaslanır", – Pentaqon rəhbəri qeyd edib.
Son xəbərlər
13:37
NYT: Donbassdakı güzəştlər Rusiyanı dayandırmayacaq
Digər ölkələr13:21
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya13:00
Fransa klubunun futbolçusu "Yuventus"a keçir
Futbol12:57
Video
Antalyada sərnişin avtobusu dərəyə aşıb, səkkiz nəfər ölüb, 26-sı yaralanıb
Region12:39
Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb
Digər ölkələr12:20
Rəfah keçid məntəqəsi açılıb
Digər ölkələr12:11
Külək güclənəcək, bəzi yerlərdə qar yağacaq - PROQNOZ
Ekologiya12:01
İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib
Region12:01