Pentaqon fəaliyyətini müvəqqəti dayandırıb
Digər ölkələr
- 03 avqust, 2021
- 16:38
ABŞ Müdafiə Departamenti – Pentaqon yaxınlığında baş verən atışma üzündən fəaliyyətini müvəqqəti dayandırıb, əməkdaşları isə binadan çıxarılıb.
“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Bir qədər əvvəl yaxınlıqdakı metro stansiyasının platformasında naməlum şəxslər atəş açıb. Polisin araşdırma aparması üçün metro xəttinin fəaliyyətinə ara verilib.
“Hazırda Pentaqonun qapalı olduğunu təsdiq edə bilərik. Bu, baş verən hadisə ilə əlaqəlidir. Təhlükə sovuşmayıb, əhali həmin ərazidən uzaq durmalıdır" - qurumdan bildirilib.
Arlinqton Yanğın və Xilasetmə Departamentindən bildiriblər ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri polisdir. 3 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.07.2026)
Maliyyə09:04
"Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq
Futbol09:00
ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
İnfrastruktur08:54
Ronaldo dünya çempionatlarında son oyununu keçirib
İdman08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.07.2026)
Maliyyə08:49
Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb
Region08:39
ABŞ-də atışma zamanı "TikTok" influenseri "DreamDoll Bri" həlak olub
Digər ölkələr08:20
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:08