Parisdə "Apple"a qarşı danışıqların qeydə alınması ilə bağlı araşdırma başladılıb
- 07 oktyabr, 2025
- 04:48

Paris prokurorluğu "Apple" şirkətinə qarşı "Siri" səsli köməkçisinin qeydlərinin toplanması ilə bağlı araşdırmaya başlayıb.
"Report" xəbər verir ki, bu barədə, bu barədə "Politico" məlumat yayıb.
Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Agentliyi tərəfindən aparılan araşdırma fevralda Fransanın qeyri-hökumət təşkilatı "Ligue des droits de l'Homme"un şikayətindən sonra başladılıb. Şikayət 2019-cu ildə İrlandiynın "Globe Technical Services" şirkətində işləyərkən "Siri"nin apardığı qeydləri təhlil edən "Apple"ın keçmiş əməkdaşı Tomas Lö Bonyekin ifadələrindən sonra olunub.
"Araşdırma "təcili suallara cavablar almağa" imkan verməlidir. Bunların arasında "2014-cü ildən bəri "Apple" tərəfindən nə qədər qeyd aparılıb? Bundan nə qədər insan təsirlənib? Bu məlumatlar harada saxlanılır?" - deyə Bonyek bildirib.
Onun fikrincə, bu qeydlər istifadəçilərin intim anlarını və məxfi məlumatlarını açıqlaya bilərdi ki, bu da məlumat təhlükəsizliyi ilə bağlı narahatlıq doğurur.
"Apple" nümayəndəsi araşdırmaya cavab olaraq bildirib ki, şirkət heç vaxt "Siri" məlumatlarından marketinq profilləri yaratmaq və ya onları satmaq üçün istifadə etməyib.
Lö Bonyek tərəfindən prokurorluğa təqdim olunan şikayət Fransadakı kollektiv iddianın davamı və ABŞ-də "Apple" şirkətinin 95 milyon dollar məbləğində razılaşma ilə nəticələnən oxşar işin analoqudur.