Pakistanlı Nobel mükafatı laureatına qarşı sui-qəsd edənlərə hökm oxunub
Digər ölkələr
- 30 aprel, 2015
- 11:24
Bakı. 30 aprel. REPORT.AZ/ Pakistan məhkəməsi dünyada ən gənc Nobel Sülh Mükafatı laureatı Malala Yusifzaiyə sui-qəsd edənlərə ömürlük həbs cəzası verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Pakistanın şimal-qərbində yerləşən Svat rayonunun Antiterror Məhkəməsi qərar çıxarıb.
Məlumatda qeyd olunub ki, 2012-ci il oktyabrında 15 yaşlı məktəbli Malala Yusifzaya qarşı sui-qəsddə on nəfər iştirak edib.
M.Yusifzainin 11 yaşı olanda internetdəki bloqunda "Gül makay" təxəllüsü ilə qızların oxumasını qadağan etdiyi üçün "Taliban" hərəkatına qarşı tənqidi yazılar yayıb. Elə bu fəaliyyətinə görə "Taliban" ona qarşı terror təşkil edib və məktəbli qız ağır yaralanıb. Sui-qəsddə iştirak edənlər 2014-cü ilin sentyabrında tutulublar.
Son xəbərlər
14:53
Zelenski: Ukrayna müharibəni qışa qədər başa çatdırmaq istəyir
Digər ölkələr14:51
Ramin Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edib
Daxili siyasət14:49
Rövşən Əmircanov: "Qızılın unsiyasının qiyməti 4 400 dollara yüksələ bilər"
Biznes14:45
Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr14:37
Çingiz Mustafayev: "Dünya çempionatı qılıncoynadanlar üçün müsbət və mənfi məqamlarla yadda qaldı"
Fərdi14:31
Rusiya Odessanın nəqliyyat infrastrukturuna zərbə endirib: xəsarət alanlar var
Digər ölkələr14:28
Foto
Azərbaycanın voleybol millisi Latviya və Belarus ilə yoxlama matçları keçirəcək
Komanda14:27
Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət14:22