Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var
Digər ölkələr
- 26 may, 2026
- 23:13
Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli administrasiyaya istinadən məlumat yayıb.
Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.
Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.
"12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib.
Son xəbərlər
11:14
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Xarici siyasət11:13
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
Fərdi11:10
Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
Sosial müdafiə11:10
İlqar Bayramlı: Peşə təhsilində qadınların iştirak payı 40 %-ə çatıb
Elm və təhsil11:07
Emin Mahmudov "Neftçi"nin heyətində avrokuboklarda 10-cu qolunu vurub
Futbol11:06
Foto
Bu gündən peşə təhsili müəssisələrinə qəbul başlayıb
Elm və təhsil11:03
Yeni tədris ili üçün peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur
Elm və təhsil11:02
İlham Əliyev Misir Prezidentini təbrik edib
Xarici siyasət10:58