Pakistanda yol qəzası olub, 29 sərnişin ölüb
Digər ölkələr
- 19 iyul, 2021
- 07:09
Pakistanın Pəncab əyalətində səhər saatlarında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 29 nəfər ölüb, 40-dan artıq yaralı var.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Drağazi Xan dairəsində baş verib.
Polisdən verilən məlumata görə, Sialkot – Rəcənpur sərnişin avtobusu yük maşını ilə toqquşub. Ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Ölkənin daxili işlər naziri Şeyx Rəşid tvitter hesabında avtobus sərnişinlərinin qurban bayramı tətilindən qayıtdığını bildirərək ölənlərin yaxınlarına başsağlığı verib.
Son xəbərlər
13:22
"Rospotrebnadzor" Ermənistandan su və qazlı içkilərin satışını dayandırıb
Region13:19
Cənubi Koreyada ABŞ aviabazasına daxil olan 8 nəfər saxlanılıb
Digər ölkələr13:17
Norveç millisinin qapıçısı Eryan Nyulann "Leyptsiq"ə transfer olunub
Futbol13:16
Nazir: ATƏT mina təhlükəsi məsələsində Azərbaycana dəstək göstərə bilər
Xarici siyasət13:15
Ceyhun Bayramov: Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır
Xarici siyasət13:14
"Murov Az Terminal" heyətini Xuraman Alimova ilə gücləndirib
Komanda13:12
Azərbaycanın XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür
Xarici siyasət13:09
Azərbaycan və İsveçrənin iqtisadi sahədə əməkdaşlığı müzakirə olunub
Xarici siyasət13:06