Pakistanda toyda baş verən partlayışda bəy və gəlin ölüb
Digər ölkələr
- 11 yanvar, 2026
- 15:51
Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb. Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Partlayış dalğası qonşu dörd binaya ziyan vurub.
Bu hadisə ilə bağlı araşdırma başlanılıb.
Son xəbərlər
02:16
Britaniya müdafiə üçün 20 milyard dollar ayırmaq niyyətindədir
Digər ölkələr01:35
Seneqal - İraq oyununun ən yaxşı fubolçusu Pap Qeye seçilib
Futbol01:32
Usman Dembele Norveç - Fransa matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol01:06
Foto
DÇ-2026: Seneqal İraqa 5 cavabsız qolla qalib gəlib - YENİLƏNİB-7
Futbol01:05
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB
Region01:00
Foto
DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6
Futbol00:13
"Neftçi" slovakiyalı hücumçunu transfer edib
Futbol00:10
Burkina Faso Fransa ilə diplomatik əlaqələrini kəsib
Digər ölkələr23:47