Avstraliyada sinaqoqu yandıran şəxsin bu addımı atmasının səbəbi bəlli olub
Digər ölkələr
- 24 noyabr, 2025
- 10:18
İyul ayının əvvəlində Melburnda sinaqoqu yandıran şəxs cinayəti antisemitizm motivləri ilə deyil, şizofreniya xəstəliyinin təsiri altında törədib.
"Report" xəbər verir ki. bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
İşə baxan hakim belə qənaətə gəlib.
Qeyd olunur ki, 35 yaşlı Ancelo Loras sinaqoqu yandırmazdan əvvəl xəstəliyi ilə əlaqədar ona təyin edilmiş dərmanları qəbul etməkdən imtina edib. Loras təqsirini tam etiraf edib, məhkəmə onu 4 ay azadlıqdan məhrum edib, həmçinin 20 aylıq müalicə kursu təyin edib.
Bundan əlavə, məhkəmə Melburn yəhudi icmasına Lorasın evsiz olduğu və tələb olunan məbləği ödəyə bilmədiyi üçün dəymiş ziyana görə məhkəmədə ona qarşı iddia qaldırmamağı tövsiyə edib. Loras əvvəllər məhkum olunmayıb.
Son xəbərlər
22:04
Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
Media21:47
Foto
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları oynanılıb
Fərdi21:38
Foto
Azərbaycanın Mərakeşdəki səfiri Seneqalın hökumət üzvləri və mətbuat nümayəndələri ilə görüşüb
Xarici siyasət21:19
Video
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Xarici siyasət21:10
Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"
Futbol20:52
Video
Vuçiçin adından verilən şam yeməyində hərbi orkestr Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib
Xarici siyasət20:43
Vuçiç: Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq
Xarici siyasət20:39
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Sumqayıt" kimi komandalarla matçda qələbə qazanmaq çox önəmlidir"
Futbol20:35