Pakistanda musson yağışları nəticəsində 45 nəfər ölüb
Digər ölkələr
- 29 iyun, 2025
- 23:25
Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları və bununla bağlı insidentlər nəticəsində azı 45 nəfər həlak olub.
“Report”un məlumatına görə, bu barədə “Geo TV” xəbər yayıb.
Məlumata görə, ən çox qurbanlar - 21 nəfər Xeyber-Paxtunxva əyalətində qeydə alınıb. Sind, Bəlucistan və Pəncab əyalətlərindən də ölüm xəbərləri gəlib.
Telekanalın məlumatına görə, güclü yağış və mümkün daşqın riski şənbə gününə qədər davam edəcək. Qeyd edilir ki, qasırğalar və tufan bir sıra tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə ziyan vura bilər. Dağlıq ərazilərdə baş verən torpaq sürüşməsi müvəqqəti olaraq yol əlaqəsini poza bilər.
Son xəbərlər
12:15
İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq
Region11:57
İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
Region11:47
Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
Digər ölkələr11:44
Camal Sellami: "Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda biz olduq"
Futbol11:22
Foto
FHN silsilə maarifləndirmə tədbirlər keçirib
Daxili siyasət11:11
Foto
Video
Azərbaycandan tranzit keçməklə Ermənistana 770 ton buğda göndərilib
Biznes11:11
Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç: "Avstriya ilə matçda futbol qalib gəldi"
Futbol11:03
Bəhreyn İranın hücumuna məruz qaldığını açıqlayıb və BMT TŞ-nin təcili iclasını çağırıb
Digər ölkələr10:44