Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

Digər ölkələr
  • 01 sentyabr, 2025
  • 11:56
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

Pakistanın Gilgit-Baltistan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfərdən ibarət ekipaj həlak olub.

Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, hava gəmisinin göyərtəsində 2 pilot və 3 texniki mütəxəssis olub.

"Məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb", - yerli hakimiyyətin nümayəndəsi bildirib.

O, həmçinin qeyd edib ki, helikopter sınaq enişi həyata keçirirmiş və qəzanın səbəbi hava gəmisinin texniki nasazlığı olub.

Bundan əlavə, qeyd olunur ki, helikopter Pakistan ordusuna məxsus olub.

Gilgit-Baltistan bölgəsində (Pakistan) hökumət helikopteri eniş etməyə çalışarkən qəzaya uğrayıb.

Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.

Regional hökumətin nümayəndəsi bildirib ki, qəza hava gəmisinin texniki nasazlığı səbəbindən baş verib.

Helikopterin göyərtəsində iki pilot və iki texniki xidmət əməkdaşı olub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.