Pakistanda əməliyyatlar zamanı 40-dan çox döyüşçü zərərsizləşdirilib
Digər ölkələr
- 30 yanvar, 2026
- 15:04
Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində döyüşçülərin iki sığınacağına basqınlar edərək ümumilikdə 41 silahlını zərərsizləşdiriblər.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə hərbi idarə bildirib.
Bəyanata əsasən, Bəlucistan əyalətinin Pəncqur rayonunda keçirilən ilk əməliyyat nəticəsində 30 döyüşçü öldürülüb, həmin əyalətin Xarnay rayonunda keçirilən ikinci əməliyyatda isə daha 11 nəfər öldürülüb.
Hər iki əməliyyat cümə axşamı baş tutub, Pakistan tərəfi heç bir əsgərini itirməyib.
Hərbçilər vurğulayıblar ki, öldürülənlər Hindistanın dəstəklədiyi qruplaşmanın üzvləri idilər.
Həmçinin qeyd olunub ki, döyüşçülər təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı hücumlarda və bank soyğunlarında iştirak etmişdilər.
Son xəbərlər
18:02
Ağasəlim Mircavadov: "Qarabağ" gücə və sürətə qarşı oynayacaq"
Futbol17:56
Foto
Mərkəzi Bank və Çinin ödəniş sistemi arasında Anlaşma Memorandumu imzalanıb
Maliyyə17:55
Foto
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin heyəti Azərbaycana gəlib
Xarici siyasət17:55
Starmer: Çin Britaniya parlamentinin üzvlərinə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr17:55
Foto
Xələf Xələfov Pakistanın XİN başçısı ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Xarici siyasət17:50
Serbiya səfiri Monteneqro XİN-ə çağırılıb
Digər ölkələr17:49
Foto
Azad edilmiş ərazilərdə su infrastrukturu: Reallıqlar və perspektivlər
Qarabağ17:46
Foto
Emin Əmrullayev Kürdəmirdə vətəndaş qəbulu keçirib
Elm və təhsil17:46