Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
Digər ölkələr
- 14 avqust, 2022
- 01:57
Pakistanın Bəlucistan əyalətində mövsümi daşqınlar nəticəsində 186 nəfər ölüb.
“Report”un xəbərinə görə, bu barədə “Dunya News” məlumat yayıb.
Məlumata görə, son bir neçə həftə ərzində Bəlucistanda yağan yağışlar və daşqınlar nəticəsində 85 kişi, 45 qadın və 56 uşaq həlak olub. Məlumata görə, daşqınlar səbəbindən təkcə son sutka ərzində daha 10 nəfər ölüb.
Təbii fəlakət zamanı habelə daha 75 nəfər xəsarət alıb.
Qeyd edilir ki, 23 min başdan çox mal-qara və ev quşları tələf olub, 18 min 87 yaşayış binası dağılıb və ya zədələnib, 16 körpü zədələnib.
Son xəbərlər
07:10
İtkin düşmüş suriyalıların taleyi BMT-də müzakirə edilib
Digər ölkələr06:42
Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
Elm və təhsil06:15
Venesuelada zəlzələ qurbanlarının sayı 5 300-ü ötüb
Digər ölkələr05:49
ABŞ şirkəti Ukraynanın dəniz pilotsuz aparatlarının seriyalı buraxılışı ilə məşğul olacaq
Digər ölkələr05:21
NYP: Tramp BMT-nin baş katibi postuna Canni İnfantinonun namizədliyini irəli sürmək istəyir
Digər ölkələr04:54
Türkiyədə pensiyanın minimum məbləği 23 min lirədən çox olacaq
Region04:25
ABŞ ordusu İrana aviazərbələr endirib
Region03:59
ABŞ Ukraynada dronların tətbiqi təcrübəsini mənimsəmək istəyir
Digər ölkələr03:35