Pakistanda bazarda partlayış olub, yeddi nəfər ölüb

Digər ölkələr
  • 12 may, 2026
  • 10:45
Pakistanda bazarda partlayış olub, yeddi nəfər ölüb

Pakistanın şimal-qərbindəki Lakki-Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində yeddi nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli polis əməkdaşına istinadən məlumat yayıb.

"Lakki-Marvatda bazarda baş verən partlayış nəticəsində ikisi polis əməkdaşı və beşi mülki şəxs olmaqla yeddi nəfər həlak olub" - məlumatda qeyd edilib.

Hadisənin əlavə təfərrüatı açıqlanmır.