Pakistanda avtomobilə hücum nəticəsində 4 nəfər ölüb

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 15:08
Pakistanda avtomobilə hücum nəticəsində 4 nəfər ölüb

Pakistanda Miranşah şəhər komissarının köməkçisinin avtomobilinə hücum nəticəsində dörd nəfər, o cümlədən iki polis və komissar köməkçisi həlak olub.

"Report" "Dawn"a istinadən xəbər verir ki, hadisə bu gün Hayber-Pahtunhva əyalətinin Bannu rayonunda baş verib.

"Hücum qəfil olub. Hücum edənlər avtomobilə atəş açdıqdan sonra onu yandırıblar. Təhlükəsizlik qüvvələri və polis birgə əməliyyat keçirir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib", - baş müfəttişin müavini Səcad Xan bildirib.

Komissar köməkçisinin katibi Bilal Sakib mətbuata deyib ki, hadisə səhər saat 10 radələrində baş verib. O əlavə edib ki, komissar köməkçisi məhkəməyə gedərkən pusquya düşüb.

Həlak olanlar arasında bir mülki şəxs də var, iki polis isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti