Pakistan və "Taliban" 48 saatlıq atəşkəs barədə razılaşıblar - YENİLƏNİB

Digər ölkələr
  • 15 oktyabr, 2025
  • 17:24
Pakistan və Taliban 48 saatlıq atəşkəs barədə razılaşıblar - YENİLƏNİB

Pakistan Əfqanıstanın xahişinə əsasən "Taliban" rejimi ilə 48 saatlıq atəşkəsə razılıq verib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Taliban" rejiminin xahişi ilə və qarşılıqlı razılıq əsasında Pakistan və "Taliban" bu gün axşam saat 18:00-dan etibarən qüvvəyə minəcək 48 saatlıq müvəqqəti atəşkəs barədə razılığa gəliblər", - qurumun bəyanatında bildirilib.

Bu müddət ərzində tərəflər konstruktiv dialoq keçirməyi razılaşdırıblar.

Pakistan Silahlı Qüvvələri "Taliban"ın son hücumlarına cavab olaraq Əfqanıstanın Qəndəhar vilayətindəki hədəflərə dəqiq zərbələr endirib.

Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat "Taliban" tərəfindən son vaxtlar həyata keçirilən hücumlara cavab olub.

Eyni zamanda qeyd edilir ki, Pakistanın zərbələri nəticəsində Əfqanıstan ərazisindəki döyüşçülərin əsas sığınacaqları məhv edilib və sərhəd bölgələrində fəaliyyət göstərən silahlı qruplaşmalara əhəmiyyətli zərər vurulub.

Bildirilib ki, Pakistan hərbçilərinin apardığı əməliyyat nəticəsində onlarla döyüşçü öldürülüb.

Bundan əlavə sosial şəbəkələrdə Pakistan hərbçilərinin Əfqanıstanın paytaxtı Kabilə zərbələr endirdiyi qeyd olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti