Orban: Budapeştdə Rusiya-ABŞ sammiti bunun üçün şərait uyğun olduqda baş tutacaq

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 03:49
Orban: Budapeştdə Rusiya-ABŞ sammiti bunun üçün şərait uyğun olduqda baş tutacaq

Rusiya-Amerika sammiti müvafiq şərait yaradıldıqda Budapeştdə baş tutacaq, lakin dəqiq tarix hələlik məlum deyil.

"Report"un "M1" telekanalına istinadən məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilən danışıqlardan sonra bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Trampın Budapeştdə görüşü "gündəmdə qalır".

"Görüş şərait yaradıldıqda baş tutacaq. Hazırda dəqiq tarix söyləmək mümkün deyil", - deyə Orban macar jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti