Orban: 2026-cı il hərbi qərar ili olacaq

Digər ölkələr
  • 31 dekabr, 2025
  • 18:49
Orban: 2026-cı il hərbi qərar ili olacaq

Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, 2025-ci il dönüş nöqtəsi olub, 2026-cı il isə müharibə və sülh baxımından Avropa üçün həlledici olacaq.

"Report"un məlumatına görə, bu barədə Orban "M1" televiziya kanalına müsahibəsində ötən ili yekunlaşdırarkən və gələcək perspektivləri açıqlayarkən deyib.

O qeyd edib ki, respublikaçı Donald Trampın ABŞ prezidentliyinə qayıdışı Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə sona çatacağına dair gözləntiləri artırıb, lakin Avropa İttifaqı liderləri Kiyevə hərbi yardımı davam etdirmək qərarına gəliblər:

"2025-ci il dönüş ili oldu, çünki mənim beynəlxalq siyasətə bütün iştirakım zamanı ilk dəfə olaraq amerikalılar və avropalılar strateji əhəmiyyət kəsb edən məsələdə əks mövqe tutdular", - hökumət başçısı bildirib.

Orban hesab edir ki, bu strateji məsələ Aİ-nin Rusiya ilə birbaşa qarşıdurmaya getdiyi təqdirdə Avropada başlaya biləcək müharibədir: "2026-cı il hərbi qərar ili olacaq".

O, əmin edib ki, 2026-cı ilin aprelində keçiriləcək parlament seçkilərindən sonra onun hökuməti hakimiyyətdə qalarsa, Macarıstan sülhün tərəfində olmağa davam edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti