Odessaya dron hücumu olub, ölən və yaralananlar var
Digər ölkələr
- 23 fevral, 2026
- 10:19
Rusiya ordusu bazar ertəsinə keçən gecə hücum dronları ilə Odessa vilayətindəki obyektləri atəşə tutub, nəticədə iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.
"Gecə Rusiya yenidən Odessa vilayətini hücum PUA-ları ilə ilə atəşə tutub. Sənaye, energetika və mülki infrastruktur obyektləri atəşə məruz qalıb. Təəssüf ki, iki nəfər həlak olub. Ən azı üç nəfər yaralanıb, onlara zəruri tibbi yardım göstərilir", - o, "Telegram"da yazıb.
Kiper qeyd edib ki, hücum nəticəsində istehsal obyektləri və anbarlar, inzibati binalar, avtosalon, eləcə də nəqliyyat vasitələri zədələnib.
Son xəbərlər
12:22
Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğun addımdır
Sosial müdafiə12:20
Almaniyada AfD partiyasının qurultayından öncə minlərlə etirazçı yolları bağlayıb
Digər ölkələr12:16
"PAŞA Bank" səhmdarlarına 53,5 milyon manat dividend ödəyəcək
Maliyyə12:12
Foto
Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir
Xarici siyasət12:10
Gürcüstanda Azərbaycan vətəndaşlarının da olduğu 50 qanunsuz miqrant saxlanılıb
Xarici siyasət12:09
Lionel Messi dünya çempionatlarının pley-off mərhələsində 63 illik rekordu təkrarlayıb
Futbol11:59
Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb
Region11:42
Foto
Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib
Fərdi11:39