Obama və Putin görüşmək barədə razılığa gəlib
Digər ölkələr
- 04 sentyabr, 2016
- 12:46
Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Çində keçirilən G20 sammitində ayrıca görüşmək barədə razılıq əldə edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Hələlik dövlət başçıları bir-biri ilə yalnız salamlaşıblar və ayrıca danışmaq barədə sözləşiblər", - deyə Kreml təmsilçisi söyləyib.
Mətbuat katibi görüşün məhz nə zaman baş tuta biləcəyini açıqlamayıb.
İki ölkə prezidenti sonuncu dəfə 2015-ci ilin noyabrında Parisdə keçirilən iqlim konfransında bir araya gəliblər.
Son xəbərlər
21:20
Lənkəranda yanğın baş verib
Hadisə21:16
Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırılıb
Digər ölkələr21:12
Hüseyn Çam: Şuşanın Türk Dünyasının mədəniyyət, Ankaranın isə turizm paytaxtı elan edilməsi mühüm təşəbbüslərdir
Region21:02
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
İnfrastruktur20:53
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub
Daxili siyasət20:36
İstanbulda torpaq sürüşməsi baş verib
Region20:33
"İmişli" yoxlama oyununda "Sumqayıt"a qalib gəlib
Futbol20:25
İrkutsk vilayətində "Cessna 182" təyyarəsi radarlardan itib
Digər ölkələr20:24