NYT: Tramp qaçqın qəbulunu ildə 7 500 nəfərə endirmək niyyətindədir
- 04 oktyabr, 2025
- 08:49

ABŞ Prezidenti Donald Trampın administrasiyası gələn il ölkəyə qəbul edilən qaçqınların sayını ildə 7500 nəfərə endirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Nəşrin əldə etdiyi sənədlərə görə, yerlərin əhəmiyyətli bir hissəsi Cənubi Afrikanın ağdərili əhalisi və ədalətsiz ayrı-seçkiliyə məruz qalan digər qruplar üçün ayrılacaq.
Qeyd olunub ki, 7500 nəfərlik rəqəm təkcə ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən 2024-cü ildə müəyyən edilmiş hədddən (125 000 qaçqın) əhəmiyyətli dərəcədə aşağı olmayacaq, həm də Trampın özünün dövlət başçısı kimi ilk müddətinin sonunda müəyyən etdiyi həddin yarısı (15 000 qaçqın) olacaq.
Adı açıqlanmayan Ağ Ev rəsmisi qəzetə bildirib ki, limitlə bağlı yekun qərar yalnız administrasiya Konqreslə məsləhətləşdikdən sonra veriləcək. Federal hökumətin qismən bağlanması səbəbindən bu cür müzakirələr hazırda mümkün deyil.
"The New York Times" qəzetinə danışan mənbənin sözlərinə görə, ABŞ oktyabrın 1-də başlayan yeni maliyyə ilində qanunvericilər hökumətin əlavə maliyyələşdirilməsi barədə razılığa gələnə qədər qaçqınları qəbul etməyəcək.