Rusiya bu il üç dəfə Norveçin hava məkanına daxil olub

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 16:43
Rusiya bu il üç dəfə Norveçin hava məkanına daxil olub

Rusiya bu il üç dəfə Norveçin hava sərhədlərini pozub.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Norveçin Baş naziri Yonas Qar Störenin Norveç hökumətinin saytında dərc edilən bəyanatında deyilir.

"Aprelin 25-də, iyulun 24-də və avqustun 18-də Rusiya üç dəfə Norveç hava məkanına daxil olub. Bunun qəsdən, yoxsa naviqasiya səhvləri səbəbindən edildiyini müəyyənləşdirə bilmirik", - bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Norveç hökuməti baş verənləri qəbuledilməz hesab edir və bu barədə Rusiya tərəfi məlumatlandırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti