Norveçdə ticarət mərkəzində atəş açan şəxs saxlanılıb
Digər ölkələr
- 08 dekabr, 2025
- 15:53
Norveç polisi paytaxt Oslonun ən böyük ticarət mərkəzində atəş açdığı ehtimal edilən şəxsin həbs edildiyi barədə məlumat yayıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, onun tək hərəkət etdiyi ehtimal edilir.
Şübhəli özü polisi çağırıb və daha sonra tavana atəş açıb.
"Atəş tavana açılıb. Onun insanlara zərər verməsi barəsində heç bir məlumat yoxdur", - polis əməkdaşı deyib.
Qeyd edilib ki, atəş tüfəngdən açılıb. Həmçinin ehtimal olunur ki, saxlanılan şəxsin üzərində idman dəyənəyi və bıçaq olub.
İnsident zamanı xəsarət alan olmayıb.
Son xəbərlər
17:16
Foto
Azərbaycan və Gürcüstan mədəniyyət sahəsində bir sıra istiqamətdə əməkdaşlıq edəcək
Mədəniyyət siyasəti17:14
Azərbaycan iki ölkədən kondisioner tədarükü bərpa edib
Biznes17:13
Süni intellekt üçün internet "Bakcell"dən
İKT17:07
ABŞ HHQ-nin "F-16" qırıcısı Yunanıstanın Zakintos hava limanında qəza enişi edib
Digər ölkələr16:54
Fərid Məmmədov: Avropanın bir sıra ölkələrində DOST modeli çərçivəsində işlər aparılır
Daxili siyasət16:54
Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir - RƏY
Daxili siyasət16:54
Foto
Azərbaycan qolfçuları Fransada iki medal qazanıblar
Fərdi16:46
"Nyukasl" "Ayaks"ın futbolçusu Şon Styoru heyətinə qatıb
Futbol16:35