Nigeriyada toqquşma zamanı onlarla insan öldürülüb, xeyli yaralı var
Digər ölkələr
- 15 noyabr, 2020
- 05:20

Nigeriyanın Edo ştatının polis rəsmisi iki qrup arasında onlarla insanın ölümü və xəsarət alması ilə nəticələnən silahlı toqquşmanın baş verdiyini bildirib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, toqquşma nəticəsində 18 nəfər həlak olub. Məlumata görə, öldürülənlər arasında 2 polis əməkdaşı da var.
Polis rəsmisi qeyd edib ki, toqquşma nəticəsində habelə xeyli sayda insan yaralanıb. Hadisə zamanı mülki obyektlərə də ziyan vurulub, çoxlu sayda ev yandırılıb.
Bölgəyə təhlükəsizlik qüvvələri cəlb edilib. Məlumata görə, hazırda vəziyyət nəzarət altındadır.
Edo ştatında ayrı-ayrı silahlı qruplar arasında toqquşmalar tez-tez zorakılıqlara, xeyli insanın ölümünə, talanlara səbəb olur.
Son xəbərlər
22:15
Zelenski: "Ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına zərbələrdir"
Digər ölkələr21:50
Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb
Digər ölkələr21:31
Spiker: ABŞ Konqresi Trampın razılığı olmadan Rusiyaya qarşı sanksiyaları qəbul etməyəcək
Digər ölkələr21:19
Polşa xarici hərbçilərin ölkədə qalmasına icazə verib
Digər ölkələr21:01
Premyer Liqa: "Neftçi" "Sabah"la bərabərə qalıb
Futbol20:34
İndoneziyada güclü zəlzələ olub
Digər ölkələr20:26
İsrailin xəbərdarlığından sonra 300 mindən çox sakin Qəzza şəhərini tərk edib
Digər ölkələr20:16
Qətərin Baş naziri: İsrailin addımları Qəzzanın həlli ilə bağlı səylərə mane olmayacaq
Digər ölkələr19:47