Nigeriyada güclü partlayış baş verib, onlarla insan xəsarət alıb
Digər ölkələr
- 23 mart, 2026
- 17:44
Nigeriyanın qərbində Voro yaşayış məntəqəsində (Kvara ştatı) güclü partlayış baş verib, nəticədə çox sayda insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Arise News" telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, baş verən hadisə terror aktı kimi qiymətləndirilir.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Zərərçəkənlərin rəsmi sayı hələ ki açıqlanmayıb.
Daha əvvəl, fevralın 4-də terrorçular Voroya hücum edərək 160-dan çox dinc vətəndaşı öldürüblər. Bundan sonra Nigeriyanın vitse-prezidenti Kaşim Şettima Voronu ziyarət edərək sakinləri vəziyyətin normallaşdırılması üçün hər şeyin ediləcəyinə əmin etmişdi.
Son xəbərlər
03:37
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
Region03:09
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
İKT02:40
Bəqai: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib
Region02:14
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: Böyük oyunlarda ən kiçik səhvə də yer yoxdur
Futbol02:10
ABŞ "İran elitasının maliyyəçisi"nə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr01:42
Luis de la Fuente: Fransanı məğlub etmək gücündə olduğumuza inanırıq
Futbol01:37
Qaxda vətəndaş qəbulu keçirilib
Daxili siyasət01:31
Lamin Yamal İspaniya - Belçika matçının ən yaxşısı seçilib
Futbol01:28