Nigerdə 58 nəfər qətlə yetirilib
Digər ölkələr
- 02 yanvar, 2021
- 21:13
Nigerin qərbində naməlum silahlı şəxslərin hücumu zamanı azı 58 mülki şəxs həyatını itirib.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Silahlı hücum Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə edilib. Mənbə bildirib ki, silahlılar son həftələrdə sərhəd kəndlərinin sakinlərini ekstremist qrupları dəstəkləməklə bağlı hədələyiblər.
Hadisədən sonra sərhəd təhlükəsizliyi gücləndirilib. Hücum, ölkədə keçirilən prezident seçkilərinin ilk turunun ilkin nəticələri elan olunduğu gün törədilib.
Seçkilərdə keçmiş Xarici İşlər Nazirliyinin başçısı, daha sonra Nigerin Daxili İşlər və Təhlükəsizlik naziri, 61 yaşlı Məhəmməd Bazum liderlik edir. Yerli mediada yer alan xəbərlərə görə, ikinci tur fevral ayında baş tutacaq.
Son xəbərlər
20:44
Türkiyə PA: İsrailin Məscidül-Əqsada ibadətə mane olması qəbuledilməzdir
Region20:37
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Hadisə20:23
Cevdet Yılmaz: Danışıqların alternativi müharibədir
Region20:13
"Çelsi"nin futbolçusu Ris Ceyms bir neçə həftə meydanlardan uzaq qalacaq
Futbol20:09
Zelenski sabah Britaniyaya səfər edəcək
Digər ölkələr20:07
Foto
Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
Maliyyə20:01
Müctəba Xamenei SEPAH-ın sabiq komandanını özünə hərbi müşavir təyin edib
Region19:58
Dan Yorgensen: Aİ-nin Rusiya enerji daşıyıcılarının idxalına qayıtması səhv olacaq
Digər ölkələr19:47