Niger ABŞ ilə hərbi müqaviləni ləğv edib
Digər ölkələr
- 16 mart, 2024
- 23:17
Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ABŞ ilə hərbi müqaviləni ləğv edib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə rejimin sözçüsü polkovnik Amadu Abdraman bildirib.
Qeyd olunub ki, ABŞ nümayəndə heyəti diplomatik protokola əməl etməyib və heyətinin tərkibi, gəliş tarixi və gündəliyi barədə Nigerə məlumat verməyib.
Qeyd edək ki, müvafiq müqavilə Pentaqonun amerikalı hərbçilərinə və mülki işçilərinə Afrika ölkəsinin ərazisində qalmağa icazə verir.
Agentlik əlavə edib ki, ABŞ-ın Nigerdə iki, o cümlədən ölkənin şimalında pilotsuz uçuş aparatı (PUA) bazası var. 2023-cü ilə qədər Nigerdə təxminən 1 100 ABŞ hərbi qulluqçusu var idi.
Son xəbərlər
21:46
Burhanettin Duran: Ankarada NATO və Avropanın gələcəyi müzakirə olunacaq
Region21:39
"Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli olub
İnfrastruktur21:24
Tbilisidə güclü yağış torpaq sürüşməsinə və subasmaya səbəb olub
Region21:22
"Neftçi" Sloveniyadakı ikinci yoxlama oyununda məğlub olub
Futbol21:01
Ərdoğan ilə Rütte regional və qlobal prosesləri müzakirə ediblər - YENİLƏNİB
Region20:49
Britaniya, Niderland, Finlandiya və Polşa 2027-ci ilə qədər müdafiə mexanizmini hazırlayıb bitirmək niyyətindədir
Digər ölkələr20:43
Mərdəkanda dənizdə bir ailənin 4 üzvündən ikisi batıb
Hadisə20:24
Balaxanının qaz təchizatında fasilə olacaq
Energetika20:10