Niderlandda stüardessa hantavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Digər ölkələr
  • 07 may, 2026
  • 16:34
Niderlandda stüardessa hantavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Amsterdamda stüardessa hantavirusa yoluxmuş qadınla təmasdan sonra xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə REN TV "RTL Nieuws"a istinadən məlumat yayıb.

Niderlandın Səhiyyə, Rifah və İdman Nazirliyindən bildirilib ki, hadisə ölkənin "KLM" aviaşirkətinin təyyarə bələdçisinin başına gəlib. O, virusa yoluxmuş və ertəsi gün bundan vəfat etmiş 69 yaşlı niderlandlı qadınla ünsiyyətdə olub.

Bu, Avropada təhlükəli virusa yoluxmanın ilk halı deyil. Daha əvvəl İsveçrə və Fransada da xəstəliyə yoluxam halları qeydə alınıb.