Netanyahuya hökuməti formalaşdırmaq üçün daha on gün vaxt verilib
Digər ölkələr
- 09 dekabr, 2022
- 13:10
İsrail Prezidenti İshaq Hersoq Likud Partiyasının sədri Binyamin Netanyahuya koalisiya hökumətini formalaşdırmaq üçün daha on gün vaxt verib.
“Report” xəbər verir ki, məlumatı İsrail KİV-ləri yayıb.
Bildirilib ki, Benyamin Netanyahu dekabrın 8-də əlavə olaraq 14 gün möhlət istəmişdi.
Xaıtrladaq ki, noyabrın 3-də İsraildə parlament seçkiləri keçirilib. Likud Partiyası hökuməti təkbaşına formalaşdırmaq üçün yetərli səs toplamayıb. Noyabrın 13-də İsrail Prezidenti hökuməti formalaşdırmaq üçün ona mandat verib. Bu möhlətin müddəti dekabrın 11-də başa çatır. İshaq Hersoqun verdiyi yeni möhlət ona dekabrın 21-dək koalisiya hökuməti formalaşdırmağa imkan verir.
Son xəbərlər
17:35
AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
Maliyyə17:34
Foto
Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nun ilk günündə dörd medal əldə ediblər
Fərdi17:32
"Azerconnect Group"un baş direktoru Emil Məsimov "Yüksəliş" müsabiqəsinin qalibi ilə görüşüb
İKT17:29
Fevralda BTC ilə neft ixracı 1 % azalıb
Energetika17:29
İmişlidə avtoqəzada xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir - YENİLƏNİB
Hadisə17:28
Foto
Bakıda məktəblərdən birində QR kod əsaslı davamiyyət sistemi tətbiq edilib
Elm və təhsil17:26
Xalq artisti Maqsud Məmmədov vəfat edib
İncəsənət17:25
"Roma"da ciddi kadr islahatları aparılacaq
Futbol17:25
Foto