Netanyahu: Trampla “səmimi söhbət” etdik
Digər ölkələr
- 19 iyun, 2025
- 02:58
İsrailin Baş naziri Binyamin Netanyahu iki gün əvvəl ABŞ Prezidenti Donald Trampla telefonla səmimi söhbət etdiyini bildirib və İsrail Ordusunun İrana endirdiyi zərbələr fonunda ona verdiyi dəstəyə görə təşəkkür edib.
"Report"un xəbərinə görə, B.Netanyahu bunu Baş nazirin Dəftərxanası tərəfindən yayılan gündəlik müraciətində deyib.
"İsrail dövlətinin böyük dostu olan Prezident Trampa təşəkkür etmək istəyirəm. Ona dəstəyinə, bizim tərəfimizdə dayandığına və İsrailin səmasını qorumaqda ABŞ-nin göstərdiyi köməyə görə təşəkkür edirəm. Dünən axşam da daxil olmaqla, davamlı ünsiyyət qururuq. Çox səmimi söhbət oldu. Dəstəyə görə Prezident Trampa təşəkkür edirəm", - o qeyd edib.
Son xəbərlər
00:35
Foto
DÇ-2026: Meksika CAR ilə oyunda ikinci qolu vurub - YENİLƏNİR-4
Futbol00:35
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Energetika00:21
Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr00:14
Bakının üç rayonunda qaz olmayacaq
Energetika00:06
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi qardaşı oğlu saxlanılıb
Hadisə23:49
Türkiyədə təyyarə radar dirəyinə çırpılıb, 267 sərnişin təxliyə olunub
Region23:38
İsrailin Livana hücumlarında ölənlərin sayı 3711-ə çatıb
Digər ölkələr23:26
İran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib
Region22:53
Foto