Netanyahu: "Sona qədər davam edəcəyik"
Digər ölkələr
- 14 dekabr, 2023
- 00:09
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcəklərini bildirib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
İsrailin cənubundakı hərbi qərargahı ziyarət edən Baş nazir Qəzza zolağında hücumlarını davam etdirən ordunun rəsmiləri ilə telefonla danışıb.
"Davam edin. Son əsgərə qədər davam etməyinizi istəyirəm. Biz sonadək, qələbəyə qədər, HƏMAS-ı məhv edənə qədər davam edəcəyik”, - Netanyahu deyib.
O, vurğulayıb ki, İsrail hərbi əməliyyatları davam etdirəcək: “Bizi heç nə dayandıra bilməz”.
Dünən Qəzza zolağının şimalında “İzzəddin əl-Qəssam” pusquya salması nəticəsində İsrailin 10 hərbçisinin həlak olmasına işarə edən Netanyahu, "Dünən çox çətin bir gün keçirdik", - deyib.
Son xəbərlər
01:13
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda beşinci qol vurulub - YENİLƏNİR-6
Futbol01:12
Bakının üç rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika01:04
Konqonun baş məşqçisi Sebastyen Desabr: "Futbolçularımla fəxr edirəm"
Futbol00:45
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
Energetika00:43
Avropa Parlamenti Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüklə bağlı islahatlarını dəyərləndirib
Digər ölkələr00:35
Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"
Futbol00:24
Bəqai: ABŞ ilə nüvə danışıqları memorandum imzalandıqdan sonra aparılacaq
Region00:02
"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi olub
Komanda23:46