Netanyahu: Qəzzada əməliyyatlar məqsədimizə çatanadək davam edəcək
Digər ölkələr
- 18 yanvar, 2024
- 01:41
İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant Qəzza zolağında hərbi əməliyyatların davam edəcəyini bildiriblər.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Netanyahu İsrailin cənubundakı “Nevatim” Hərbi Hava Bazasına baş çəkib. Baş nazir bildirib ki, Qəzzada əməliyyatlar məqsədə çatana qədər davam edəcək.
"Heç kim bizi yanlış mühakimə etməməlidir. Qələbəyə qədər havadan, qurudan və dənizdən döyüşməyə davam edəcəyik", - İsrailin hökumət başçısı deyib.
Müdafiə naziri Qalant da Qəzzada əməliyyatların davam etdiriləcəyini bildirib.
"Qəzzada girovlar olduğu müddətdə müharibəni bitirə bilmərik. Girovları geri qaytarmağın yolu hərbi təzyiqdir", - Qalant hərbi hissəyə səfəri zamanı vurğulayıb.
Son xəbərlər
11:05
Məktəblərdə geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti son oxunuşda qəbul edilib
Milli Məclis11:05
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Digər11:04
Vətəndaşların qanunvericilik təşəbbüsü prosesinin elektron qaydaya keçirilməsi son oxunuşda qəbul edilib
Milli Məclis11:03
Gürcüstandan azərbaycanlılar daxil 54 əcnəbi deportasiya edilib
Region11:02
Bağçalara elektron qəbul başlayıb
Elm və təhsil11:01
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir, 17 məsələ müzakirə olunacaq
Milli Məclis10:55
İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
Xarici siyasət10:55
ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib
Xarici siyasət10:54
Foto