Netanyahu nazirlərə Məbəd dağına icazəsiz getməyi qadağan edib
Digər ölkələr
- 08 sentyabr, 2024
- 21:47
İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərin Qüdsdəki köhnə şəhərin əsas dini məkanlarından biri Məbəd dağını əvvəlcədən icazə almadan ziyarət etmələrini qadağan edib.
“Report” xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
“Nazirlər ondan (İsrailin Baş naziri Benyamin Netanyahu – Qeyd) hərbi katib vasitəsilə icazə almadan Məbəd dağına çıxmamalıdırlar”, - deyə göstərişdə bildirilib.
Bundan əlavə, Baş nazir vurğulayıb ki, Məbəd dağı ilə bağlı status-kvoda hər hansı dəyişiklik yoxdur və olmayacaq.
Netanyahu bu bəyanatları sentyabrın 8-i axşam Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl verib.
Son xəbərlər
15:47
İranda Əli Xamenei ilə vida mərasimi keçirilir
Region15:44
Biləsuvar və Cəlilabadda barama istehsalı 15 %-dən çox artıb
ASK15:44
Video
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
Fərdi15:36
Foto
"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynovun köməkçiləri açıqlanıb
Futbol15:34
Fərhad Hacıyev: Vl "Yüksəliş" müsabiqəsinin yarımfinalçıları arasında qadınların sayı azdır
Elm və təhsil15:33
Azərbaycan və Tacikistan Ələt azad iqtisadi zonasında ixracyönümlü məhsulların istehsalını müzakirə edir
ASK15:32
Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 3 dəfə azalıb
İKT15:25
Azərbaycanda turistlərin təxminən 91 %-i göstərilən xidmətlərdən razı qalıb - ARAŞDIRMA
Turizm15:20