Netanyahu: İsrail HƏMAS-ın azad edəcəyi əsirlərin siyahısını almayıb
Digər ölkələr
- 18 yanvar, 2025
- 18:27
İsrail hələ də radikal Fələstinin HƏMAS hərəkatının azad edəcəyi əsirlərin siyahısını almayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.
"Razılaşdırıldığı kimi əsirlərin siyahısını almayana qədər Qəzza razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür", - Netanyahu bildirib.
Xatırladaq ki, yanvarın 16-da İsraillə HƏMAS arasında Qəzza zolağında atəşkəs və girovların mübadiləsinə dair saziş imzalanıb, razılaşma yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.
Son xəbərlər
09:11
"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:08
"İmişli" "Kəpəz"dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.07.2026)
Maliyyə09:00
UEFA Çempionlar Liqası: "Sabah" I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir
Futbol08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.07.2026)
Maliyyə08:55
Bu gün Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika08:35
Məhkəmə Trampa biznesini vergi yoxlamalarından azad etməyə çalışdığına görə töhmət elan edib
Digər ölkələr08:13
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:58