Netanyahu İrana "çoxlu sürprizlər" vəd edib
Digər ölkələr
- 08 mart, 2026
- 01:38
İrana qarşı müharibə heç bir güzəşt və kompromis olmadan davam edəcək.
"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu xalqa müraciətində bildirib.
O, İsrailin Tehranla müharibənin növbəti mərhələsi üçün "çoxlu sürprizlərlə dolu yaxşı düşünülmüş bir planı" olduğunu və bunun İran dövlətində hakimiyyət dəyişikliyinə səbəb ola biləcəyini söyləyib.
Netanyahu həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərini silahlarını yerə qoymağa çağırıb: "Siz də bizim diqqətimizdəsiniz. Silahlarını yerə qoyanlara zərər verilməyəcək. Bunu etməyən hər kəs cəzalandırılacaq".
İsrailin baş naziri həmçinin vurğulayıb ki, İrana qarşı hərbi əməliyyat ölkəni bölmək deyil, onu azad etmək məqsədi daşıyır.
Son xəbərlər
20:34
Pakistan XİN sabah ABŞ ilə İran arasında sülhün imzalanacağına əmindir
Region20:31
Britaniya NATO sammitindən əvvəl müdafiə planını təqdim etməyi planlaşdırır
Digər ölkələr20:22
Bəqai: Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır
Region20:20
Foto
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
Komanda20:13
Zelenski və Tramp G7 sammitində iştirak edəcəklər
Digər ölkələr20:06
Corc Rassel Barselona-Kataloniya Qran-prisinin seçmə mərhələsinin qalibi olub
Formula 120:00
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi keçirilib
Hərbi19:42
Foto
Naxçıvanda kikboksinq birinciliyi keçirilib
Fərdi19:30