Nepalda etirazlardan sonra sosial şəbəkələrin bloklanması ləğv edilib
Digər ölkələr
- 09 sentyabr, 2025
- 10:17
Nepal hökuməti korrupsiyaya qarşı genişmiqyaslı etirazlardan sonra sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında bütün populyar tətbiqlər ölkədə yenidən əlçatan olub.
Etirazlar nəticəsində 19 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.
Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Gurung ötən həftə bloklanmış sosial şəbəkələrə girişin bərpa edildiyini bildirib.
Eyni zamanda, paytaxt Katmanduda mitinqlər və hər hansı kütləvi tədbirlər qadağan edilərək müddətsiz komendant saatı elan edilib.
Son xəbərlər
06:33
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur
Digər ölkələr06:02
Misir və Nigeriya yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib
Futbol05:45
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Digər ölkələr05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06
Hakan Fidan: Qəzzada sığınacaq imkanları yaradılmalıdır
Region03:35
Sibiqa: Moskva sülh səylərini rədd edir
Digər ölkələr03:06