Myanmada toqquşmalar nəticəsində ölənlərin sayı 962-ə çatıb
Digər ölkələr
- 10 avqust, 2021
- 15:01
Myanmada fevral ayından bəri hökumət qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 962-ə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner Burgener verib.
Onun sözlərinə görə, toqquşmalar vaxtı 7 mindən artıq insan xəsarət alıb.
Xüsusi nümayəndə qeyd edib ki, hərbi rejim 7 084 nəfəri həbs edib. Hazırda da toqquşmalar davam edir.
Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir.
Son xəbərlər
02:53
DÇ-2026: Səudiyyə Ərəbistanı - Uruqvay oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
Futbol02:33
Britaniya tanker kapitanını Rusiya əleyhinə sanksiyalardan yayınmaqda ittiham edib
Digər ölkələr02:14
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: "Misir kimi komandalara boşluq vermək olmaz"
Futbol01:35
Belçika - Misir oyununun ən yaxşısı bəlli olub
Futbol01:20
Kiyev rəsmi olaraq Aİ ilə danışıqlar prosesinin başlanmasına razılıq verib
Digər ölkələr01:13
Aİ Moldova ilə rəsmi olaraq üzvlük danışıqlarına başlayıb
Digər ölkələr01:07
Foto
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert atəşfəşanlıqla yekunlaşıb
Mədəniyyət siyasəti00:58
DÇ-2026: Belçika - Misir oyununda qalib müəyyənləşməyib- YENİLƏNİB-5
Futbol00:13