Myanmada hərbçilər 11 naziri vəzifədən kənarlaşdırıb
Digər ölkələr
- 02 fevral, 2021
- 07:04
Myanmada dövlət çevrilişi həyata keçirən hərbçilər 11 naziri tutduğu vəzifədən kənarlaşdıraraq onların yerinə “öz adamları”nı təyin ediblər.
“Report” xəbər verir ki, bu barədə “Myawadi” xəbər portalı məlumat verib.
Bundan əlavə, 24 nazir müavini də vəzifəsindən uzaqlaşdırılıb. Müvafiq sənədi Myanma Silahlı Qüvvələrinin Baş Komandanı Min Aunq Hlayn imzalayıb.
Məlumata görə, Xarici İşlər, Maliyyə, Təhsil, Nəqliyyat, Səhiyyə, İttifaq İşləri, Planlaşdırma və Sərhəd Mühafizəsi nazirliklərinə yeni rəhbərlər təyin edilib.
Xatırladaq ki, fevralın 1-i səhər saatlarında Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.
Son xəbərlər
21:14
Məleykə Abbaszadə: Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır
Elm və təhsil21:14
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb
Hadisə21:08
Foto
DÇ-2026: Kriştianu Ronaldu Portuqaliyanı Özbəkistanla matçda hesabda irəli çıxarıb - YENİLƏNİR
Futbol21:07
DİM sədri: Məktəb qiymətləri ilə imtahan nəticələri arasında tam uyğunluq yoxdur
Elm və təhsil21:00
Video
Məleykə Abbaszadə "Baku TV"nin suallarını cavablandırır - YENİLƏNİB
Elm və təhsil20:51
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
İdman20:47
Foto
Oman Sultanlığı Şura Məclisinin sədri Bakıda səfərdədir
Xarici siyasət20:44
Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək
Xarici siyasət20:39