Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlanacaq
Digər ölkələr
- 13 fevral, 2025
- 12:17
Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq.
“Report” xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"XİN mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında 1998-ci ildə imzalanmış Moldova-Rusiya hökumətlərarası sazişinin birtərəfli ləğvi barədə qərar qəbul edib. Sazişin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq", - nazirlik vurğulayıb.
Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov bu gün Moldova XİN-ə çağırılıb və ona müvafiq nota təqdim edilib.
XİN-dən bildirilib ki, Kişineu bu qərarı Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Moldovanın hava məkanını pozaraq ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratmasına cavab olaraq qəbul edib.
Son xəbərlər
09:12
Texasda daşqınlar nəticəsində iki nəfər ölüb
Digər ölkələr09:11
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
Futbol09:11
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.07.2026)
Maliyyə09:03
Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb
Futbol08:54
Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
Digər ölkələr08:50
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.07.2026)
Maliyyə08:38
İsrail Knesseti növbədənkənar seçkilərdən əvvəl özünü buraxıb
Digər ölkələr08:24
Tramp: Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib
Digər ölkələr08:15