Moldova MDB-dən çıxır
Digər ölkələr
- 19 yanvar, 2026
- 22:20
Moldova MDB tərkibindən çıxmağa imkan verəcək əsas sazişlərin ləğvi proseduruna başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Radio Moldova"nın efirində ölkənin baş nazir müavini və xarici işlər naziri Mixay Popşoy bildirib.
"Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin - MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında saziş və müvafiq əlavənin ləğv edilməsi proseduruna başlayıb", - nazir bildirib.
Onun sözlərinə görə, bu sazişlərin rəsmi olaraq ləğv edilməsindən sonra ölkə hüquqi olaraq MDB-nin tərkibindən çıxacaq.
"De-fakto olaraq təşkilatda üzvlük daha əvvəl dayandırılmışdı. Bu sənədlər yekun təsdiq üçün parlamentə göndəriləcək", - deyə Popşoy vurğulayıb.
Son xəbərlər
08:36
İnfantino DÇ-2030-un tarixdə ən yaxşı çempionat olacağını bildirib
Futbol08:23
Xalq şairi Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət siyasəti08:04
Foto
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
Daxili siyasət07:54
Oman sahillərində tanker hücuma məruz qalıb
Digər ölkələr07:25
Yaponiyada 5,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr07:13
Rusiyanın Kiyevə zərbələrində ölənlərin sayı doqquza çatıb, 23 nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr06:48
İsrailin Qəzzaya zərbələrində azı iki nəfər həlak olub
Digər ölkələr06:28
Milibend Əraqçi ilə telefon danışığında Britaniyanın İranla müharibədə tərəf olmadığını bildirib
Region05:34