Silahlı Qüvvələrin rəsmisi: Rusiya Ukraynaya qarşı təhlükəli kimyəvi maddələrdən istifadə edir
- 16 sentyabr, 2025
- 12:50

Rusiya Ukrayna ordusuna qarşı təhlükəli kimyəvi maddələr tətbiq edir.
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Silahlı Qüvvələrinin bioloji və kimyəvi silahlardan müdafiə idarəsinin rəisi Artem Vlasyuk bildirib.
"İstifadə olunan vasitələr Kimyəvi Silahların Qadağan edilməsi haqqında Konvensiyanın birinci maddəsinin beşinci bəndi ilə qadağan edilib. Çünki müharibə aparma vasitəsi kimi hərbi bölmələrə qarşı istifadə edilə bilməz. Bununla bağlı yeni yaranan Beynəlxalq Hərbi Tribunala artıq bir neçə variantda materiallar hazırlanıb. Təşkilatda bununla bağlı dörd məlumat var. Rusiyanın Ukrayna ordusuna qarşı gözyaşardıcı qumbaralardan istifadə etdiyi təsdiqlənib", - o əlavə edib.
İdarə rəisi əlavə edib ki, "tammiqyaslı müharibə ərzində düşmən tərəfindən 11 min zəhərli kimyəvi maddələrin istifadəsi qeydə alınıb. Nəticədə 3 minə yaxın zədələnmə halı qeydə alınıb".