ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Səudiyyə Ərəbistanına gizli səfər edib

Digər ölkələr
  • 03 may, 2022
  • 23:25
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Səudiyyə Ərəbistanına gizli səfər edib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Səudiyyə Ərəbistanına gizli səfər edib.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, Börns münasibətlərdəki soyuqluğu aradan qaldırmaq üçün vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

MKİ rəhbərinin səfəri Vaşinqtonun Yaxın Şərqdə təhlükəsizlik sahəsində əsas tərəfdaş hesab etdiyi Ər-Riyadla əlaqələri bərpa etmək cəhdləri fonunda baş tutub.

Nəşr vurğulayır ki, şahzadə Börnslə görüşmək üçün Ciddə şəhərinə səfər edib.

Görüşün təfərrüatları məlum olmasa da, mənbələrin məlumatına görə, müzakirə olunan mövzular arasında neft hasilatı, Rusiya-Ukrayna münaqişəsi, İranın nüvə proqramı və Yəməndəki silahlı münaqişə var.