Misirdə avtobus aşıb: 20 nəfər ölüb, 3 nəfər yaralanıb
Digər ölkələr
- 14 aprel, 2021
- 08:16
Misirdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” İHA-ya istinadən xəbər verir ki, hadisə ölkə paytaxt Qahirədən 320 km cənubda yerləşən Assiut şəhərində baş verib.
Sürücü yük avtomobilini ötüb keçmək istəyən zaman idarəetməni itirib və avtobus aşıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 36 təcili tibbi yardım briqadası göndərilib. Bundan başqa, ərazidəki bütün xəstəxanalarda hazırlıq işləri görülüb.
Avtobus Qahirədən başqa bölgəyə gedirmiş.
Məlumata görə, 2019-cu ildə Misirdə baş verən 10 min yol qəzasında 3 480-dən çox insan ölüb. 2018-ci ildə isə 8 480 qəza, 3 080 ölüm hadisəsi qeydə alınıb.
Son xəbərlər
05:10
Tramp İranla bağlanan müqaviləni Tehranın " qeyd-şərtsiz kapitulasiyası" adlandırıb
Digər ölkələr05:01
DÇ-2026: Meksika - Cənubi Koreya oyunu başlayıb
Futbol04:57
Het-trik edən futbolçu Kanada - Qətər matçının ən yaxşısı seçilib
Futbol04:33
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Digər ölkələr04:02
DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib - YENİLƏNİB-7
Futbol04:00
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır
Region03:58
Kanada millisinin futbolçusu Qətərlə matçda ağır zədə alıb
Futbol03:36
Bosniya və Herseqovina millisinin baş məşqçisi: "Bizim üçün hələ hər şey bitməyib"
Futbol03:29