Misir və Qətər Qəzzada tezliklə atəşkəsə ümid edir
Digər ölkələr
- 01 iyun, 2025
- 22:40
Misir və Qətər Qəzza zolağında 60 günlük atəşkəs haqqında razılaşmanın yaxın gələcəkdə əldə olunacağına ümid etdiyini bildirib.
Bu barədə “Report” iki ölkənin Xarici İşlər Nazirliklərinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, bu vasitəçi ölkələr hazırda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun təklifi əsasında İsrail və HƏMAS arasında mövcud mübahisəli məsələləri həll etməyə çalışırlar.
Tərəflər danışıqlar aparanları diplomatik prosesə məsuliyyətlə yanaşmağa və Qəzzada böhrana son qoymaq üçün vasitəçilərin səylərini asanlaşdırmağa çağırıblar.
Son xəbərlər
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.08.2026)
Maliyyə09:04
UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq
Futbol08:56
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.08.2026)
Maliyyə08:52
Yaponiya hökuməti nüvəsiz siyasətə sadiq qalacağını bəyan edib
Digər ölkələr08:33
ABŞ Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılaşma gözlənilir
Digər ölkələr08:15
Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:05
Bakı, Ağdaş və Ucarın bəzi ərazilərində işıq olmayacaq
Energetika08:04
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Xarici siyasət07:43