Minskdə Heydər Əliyevin xatirəsi anılıb

Digər ölkələr
  • 12 dekabr, 2025
  • 17:37
Minskdə Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Belarusdakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirilib.

"Report" xəbər verir ki, bununla bağlı diplomatik missiyanın "X" sosial şəbəkəsində paylaşım edilib.

"Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaca məşhur siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Bu gün Azərbaycanın Minskdəki səfirliyinin əməkdaşları diasporun nümayəndələri və tələbələrlə birlikdə Ümummilli Liderin xatirəsini yad ediblər", - səfirliyin məlumatında deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti